6 fevral 2026. Cümə

"Mercedes" güc qurğularında yeni texnologiya tətbiq edib


  • Formula-1
  • 22:19 05.02.2026
  • Oxunma sayı: 36
"Mercedes" güc qurğularında yeni texnologiya tətbiq edib

"Mercedes" komandası Formula-1-də istifadə etdiyi mühərriklərə hər silindrdə əlavə yanma mikrokameraları quraşdırıb.

90deqiqe.Az-ın "Motorsport Italia"ya istinadən məlumata görə,  bu texnologiya FIA-nın qaydalarına tam uyğundur və beynəlxalq federasiya tərəfindən təsdiqlənib.

Qeyd edək ki, 5 fevral tarixində Formula-1-in Güc Qurğuları Məsləhət Komitəsinin (PUAC) iclası keçiriləcək. İclas zamanı mübahisəli texnologiya məsələsi müzakirəyə çıxarılacaq və mümkün növbəti addımlar barədə qərar veriləcək.

26–30 yanvar tarixlərində Barselonadakı avtodromda Formula-1 mövsümöncəsi testləri baş tutub. 11 komandadan 10-u testlərdə iştirak edib, hər komanda beş gündən üçündə sürüş imkanı əldə edib. Britaniyanın “Uilliams” komandası isə proqramdakı gecikmələr səbəbindən testlərdə iştirak etməməyi qərara alıb və açıqlayıb ki, hədəfləri maşının maksimal performansını təmin etməkdir.







Formula-1

“İndi daha inamlıyam"
  • Formula-1
  • 21:58 05.02.2026
“İndi daha inamlıyam"