6 fevral 2026. Cümə

FIA Formula-1 mühərrik yoxlamalarını “Mercedes” səbəbindən dəyişir


  • Formula-1
  • 20:31 06.02.2026
  • Oxunma sayı: 35
FIA Formula-1 mühərrik yoxlamalarını “Mercedes” səbəbindən dəyişir

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula-1 komandalarının güc qurğularının yoxlanılması ilə bağlı qaydalara dəyişiklik edəcək.

90deqiqe.Az-ın "Corriere dello Sport"a istinadən məlumata görə, yeni tələblər mövsümün debüt yarışı olan Avstraliya Qran-prisindən etibarən qüvvəyə minəcək. 

FIA sıxılma dərəcəsinin ölçülməsi metodologiyasını dəyişmək qərarına gəlib. Reqlamentin ilkin variantına əsasən, bu ölçmələr soyudulmuş güc qurğuları üzərində aparılmalı idi. Lakin Melburnda keçiriləcək yoxlamalar zamanı proses dəyişdiriləcək və ölçmələr mühərrik detallarının statik şəkildə qızdırılması yolu ilə, yəni “isti vəziyyətdə” həyata keçiriləcək.

Bundan əlavə, reqlamentə bu dəyişikliklərin edilməsi və yeni ölçmə qaydalarının tətbiqi üçün yekdil qərar tələb olunmayacaq. FIA, Formula-1 rəhbərliyi və beş mühərrik istehsalçısından dördünün dəstəyi kifayət edəcək. Bu baxımdan “Red Bull” komandasının mövqeyi həlledici olacaq. Qeyd olunur ki, komanda əvvəlcə neytral mövqe tutaraq digər üç istehsalçının imzaladığı məktubu dəstəkləməmişdi. Lakin hazırda “Red Bull”un mövqeyinin dəyişdiyi ehtimal olunur.







Formula-1

“İndi daha inamlıyam"
  • Formula-1
  • 21:58 05.02.2026
“İndi daha inamlıyam"