8 fevral 2026. Bazar günü

“F-1 2026 mövsümündə favoritləri hələ dəqiqləşdirmək çətindir”


  • Formula-1
  • 22:45 07.02.2026
  • Oxunma sayı: 51
“F-1 2026 mövsümündə favoritləri hələ dəqiqləşdirmək çətindir”

“Maklaren”in icraçı direktoru Zak Braun 2026-cı il Formula-1 mövsümünün favoritləri barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "RacingNews365" Braunun dediklərini belə çatdırıb.

“Hazırda favoritlər arasında böyük dördlük görünür, amma hələ də hansı sırada olduqlarını anlamaq çətindir. Əgər bu gün Las-Veqasda mərc etsəydiniz, hesab edirəm ki, hazırda ‘Mersedes’ favorit kimi görünür. Amma mövsümün startına hələ çox var. ‘Uilyams’ Barselonada iştirak etməyib, ‘Aston Martin’ isə yalnız sonda çıxış edib, buna görə ‘Uilyams’ın hazırkı səviyyəsi məlum deyil. Ümumiyyətlə, görünür ki, əvvəlki mövsümlərdəki favoritlər siyahısı saxlanılır, amma dəqiq sıralama müəyyən etmək çətindir”

Qeyd edək ki, 11-13 fevral tarixlərində Bəhreyn Qran-prisi çərçivəsində mövsümöncəsi sınaqlar keçiriləcək.







Formula-1

“İndi daha inamlıyam"
  • Formula-1
  • 21:58 05.02.2026
“İndi daha inamlıyam"