10 fevral 2026. Çərşənbə axşamı

“Maklaren” 2026 mövsümü üçün pilotların yarış kombinezonlarını təqdim edib - FOTOLAR


  • Formula-1
  • 22:38 09.02.2026
  • Oxunma sayı: 41
“Maklaren” 2026 mövsümü üçün pilotların yarış kombinezonlarını təqdim edib - FOTOLAR

“Maklaren” komandası 2026 mövsümü üçün pilotların yeni yarış kombinezonlarını ictimaiyyətə təqdim edib.

90deqiqe.Az-ın məlumata görə, kombinezonların dizaynı MCL40 bolidinin yeni çempionluq livreyasına uyğun hazırlanıb.

Kombinezonların ön hissəsi tamamilə “papayya” rəngində, arxa hissəsi isə antrasit tonlarındadır. Arxa tərəfdə pilotların nömrələri iri ölçüdə əks olunub — Landо Norris üçün 1, Oskar Piastri üçün isə 81. Nömrələr komandanın korporativ rənglərində təqdim edilib.

Bu rəng seçimi “Maklaren”in çempion mövsümdən sonra qalib dizaynı qoruyub saxlamaq ənənəsinə sadiqliyini əks etdirir.

Qeyd edək ki, 2026 mövsümündə “Maklaren” Konstruktorlar Kubokunda çempionluq titulunu qoruyacaq. Komandanın lider pilotu Lando Norris isə şəxsi hesabda çempion titulunu müdafiə edəcək. Norrisə dördüncü mövsüm ardıcıl olaraq Oskar Piastri tərəfdaşlıq edəcək.







Formula-1

“İndi daha inamlıyam"
  • Formula-1
  • 21:58 05.02.2026
“İndi daha inamlıyam"