- Formula-1
- 23:45 10.02.2026
Formula-1 komandası “Mercedes” sürücüsü Kimi Antonellinin San-Marino yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
90deqiqe.Az komandanın rəsmi saytına istinadən xəbər verir ki, şənbə axşamı Antonelli evinə yaxın ərazidə avtomobili ilə qəzaya uğrayıb:
“Polis hadisə yerinə Antonellinin zəngindən sonra gəldi. Qəzaya yalnız Antonellinin avtomobili qarışıb. Maşın zədələr alıb, lakin sürücü hər hansı xəsarət almayıb”
Xatırladaq ki, əvvəllər San-Marino yol qəzasının detalları da mətbuata çıxmışdı. Komanda və sürücünün vəziyyəti hazırda stabildir.