- Formula-1
- 23:45 10.02.2026
İkiqat dünya çempionu və “Aston Martin” sürücüsü Fernando Alonso bu mövsüm Formula-1 bolidlərinin bəzi çatışmazlıqları barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın "AS"a istinadən məlumata görə, Alonso bildirib ki, yeni maşınlar səbəbindən ötmələr bu il daha çətin olacaq:
“Simulyatorda bir neçə dövrədən sonra bəzi suallarım yarandı və onlar hələ də qalır. Düşünürəm ki, ötmək bu il daha çətin olacaq, çünki hər kəsin düz xətdə DRS-i var. Arxada olan maşının da DRS-i eynidir. Əlavə enerjiniz var, amma onu sərbəst istifadə edə bilmirsiniz. Sual hələ də FIA tərəfindən müəyyənləşdirilir və sürücülərin mübarizə aparmaq və sərbəstlik imkanlarını məhdudlaşdırır. Nəzarət çox sərtdir”
İspaniyalı sürücü, həmçinin bolidlərin idarə olunmasında yaranan məhdudiyyətlərin yarışlarda strategiya və mübarizə üzərində əhəmiyyətli təsir göstərə biləcəyini vurğulayıb.