- Formula-1
- 23:59 11.02.2026
Bəhreyndə keçirilən Formula-1 üzrə mövsümöncəsi testlərin ilk gününə yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, saxir trasında baş tutan test sessiyasında ən sürətli nəticəni “Maklaren”in pilotu, qüvvədə olan dünya çempionu Lando Norris göstərib. Britaniyalı sürücü ən yaxşı dövrəsini 1:34.669 nəticə ilə tamamlayıb və günü lider kimi başa vurub.
İkinci yeri “Red Bull”un pilotu Maks Verstappen tutub. Niderlandlı sürücü Norrisə 0.129 saniyə uduzub. İlk “üçlüy”ü isə “Ferrari”nin təmsilçisi Şarl Lekler (+0.521) qapayıb.
İlk beşlikdə həmçinin Esteban Okon (“Haas”, +0.909) və Oskar Piastri (“Maklaren”, +0.933) yer alıblar.
I günün nəticələri:
Lando Norris (“Maklaren”) — 1:34.669 (58 dövrə)
Maks Verstappen (“Red Bull”) +0.129 (136)
Şarl Lekler (“Ferrari”) +0.521 (80)
Esteban Okon (“Haas”) +0.909 (115)
Oskar Piastri (“Maklaren”) +0.933 (54)
Corc Rassell (“Mercedes”) +1.439 (56)
Lyuis Hemilton (“Ferrari”) +1.764 (52)
Pyer Qasli (“Alpine”) +2.096 (49)
Niko Hülkenberq (“Audi”) +2.192 (73)
Aleks Albon (“Uilliams”) +2.768 (68)
Andrea Kimi Antonelli (“Mercedes”) +2.960 (30)
Arvid Lindblad (“Racing Bulls”) +3.275 (75)
Karlos Sayns (“Uilliams”) +3.552 (77)
Serxio Peres (“Cadillac”) +4.159 (58)
Qabriel Bortoleto (“Audi”) +4.202 (49)
Valtteri Bottas (“Cadillac”) +4.481 (49)
Lens Stroll (“Aston Martin”) +5.214 (33)
Franko Kolapinto (“Alpine”) +5.661 (28)
Qeyd edək ki, mövsümöncəsi testlər komandalar üçün yeni bolidlərin real şəraitdə sınaqdan keçirilməsi və qarşıdakı çempionat öncəsi son hazırlıq mərhələsi hesab olunur.