- Formula-1
- 23:59 11.02.2026
Dördqat dünya çempionu Maks Verstappenin Formula-1-də debüt etdiyi “Toro Rosso” bolidi hərracda satılıb.
90deqiqe.Az-ın "PlanetF1"ə istinadən məlumata görə, maşının satış qiyməti 1 milyon ABŞ dollarını ötüb.
Şassi Verstappenin debüt mövsümündə 19 yarışdan 13-də istifadə olunub. Debüt mövsümündə hollandiyalı pilotun ən yaxşı nəticəsi Huncar və ABŞ Qran-Prilərində qazandığı dördüncü yerlər olub.
Bolidi əvvəlki sahibi 2019-cu ildə birbaşa komandadan əldə edib və daha sonra açıq hərraca çıxarıb. Satış bolidin Formula-1 tarixi və kolleksiya dəyəri baxımından xüsusi maraq doğurur.