12 fevral 2026. Cümə axşamı

“Bolidin inkişafı üçün hələ çox iş var”


  • Formula-1
  • 23:59 11.02.2026
  • Oxunma sayı: 54
“Bolidin inkişafı üçün hələ çox iş var”

 “Aston Martin”in pilotu Lens Stroll Bahreyndə keçirilən Formula-1 rəsmi mövsümöncəsi testlərinin ilk günü komandada yaranan problemlər barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, kanadalı pilotçu bu barədə komanda mətbuat xidmətinə açıqlamasında bildirib.

“Bugün ilk dəfə AMR26 bolidini tam şəkildə sınadım, öncəki yalnız üç dövrəmi Barselonada etmişdim. Səhər saatlarında sürücülük planı və müxtəlif testlər üzərində çox işlədik. Günortadan sonra isə imkanlarımız məhdudlaşdı, çünki komanda güc qurğusundakı məlumatlarda yaranan anomaliyaya araşdırma aparırdı.

Bolidin istədiyimiz vəziyyətə gətirilməsi üçün hələ çox iş var, lakin bu iki test gününü maksimum istifadə edib bolid haqqında mümkün qədər çox məlumat toplamağı və inkişaf etdirməyi planlaşdırırıq.”







Formula-1