12 fevral 2026. Cümə axşamı

“Yeni bolidlər idarə baxımından rahatdır, amma..."


  • Formula-1
  • 23:59 11.02.2026
  • Oxunma sayı: 42
“Yeni bolidlər idarə baxımından rahatdır, amma..."

Yeddiqat dünya çempionu, “Ferrari” pilotu Luis Hemilton Formula-1-in yeni bolidləri barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "The Race" pilotçunun dediklərini belə çatdırıb.

“Düşünürəm ki, indi GP2-dən daha yavaşıq, elə deyilmi? Belə bir təəssürat yaranır. Ümumilikdə, əlbəttə ki, idarə etməsi daha rahat avtomobildir.

Barselonada təsnifat dövrəsində 600 metr inertiya ilə hərəkət edirsiniz və bolid sürüşərək irəliləyir. Yarışlar isə bununla bağlı deyil.

Enerji istifadəsinin idarə edilməsi? Çox çətindir. Sadəcə inanılmaz dərəcədə çətindir. Bir neçə gün əvvəl iclasda bu barədə ətraflı məlumat verildi, elə bil ki, bunu tam başa düşmək üçün elmi dərəcə lazımdır. İdarəetmə baxımından isə hər şey kifayət qədər sadədir. Yarış rejimində isə bəlkə fərqli olacaq, bunu görəcəyik.”







Formula-1