14 fevral 2026. Şənbə

Antonelli Bəhreyndə son test gününün ən sürətlisi oldu


  • Formula-1
  • 23:16 13.02.2026
  • Oxunma sayı: 61
Antonelli Bəhreyndə son test gününün ən sürətlisi oldu

Bəhreyndə keçirilən “Formula-1” üzrə mövsümöncəsi testlərin üçüncü – son günü başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, yekun nəticələrə əsasən, ən sürətli vaxtı “Mersedes” komandasının pilotu Andrea Kimi Antonelli göstərib. İtaliyalı sürücü ən yaxşı dövrəsini 1:33.669 nəticə ilə tamamlayıb.

İkinci yeri onun komanda yoldaşı Corc Rassell tutub. O, liderdən +0,249 saniyə geri qalıb. Üçüncü nəticəni isə “Ferrari”nin pilotu Luis Hemilton göstərib (+0,540).

Bəhreyn, “Saxir” trası

Mövsümöncəsi testlər – 3-cü günün nəticələri:

  1. Andrea Kimi Antonelli (“Mersedes”) — 1:33.669 (49 dövrə)

  2. Corc Rassell (“Mersedes”) +0,249 (78)

  3. Luis Hemilton (“Ferrari”) +0,540 (138)

  4. Oskar Piastri (“Maklaren”) +0,880 (153)

  5. Maks Verstappen (“Red Bull”) +1,672 (61)

  6. İsak Hacar (“Red Bull”) +1,941 (53)

  7. Esteban Okon (“Haas”) +2,084 (68)

  8. Franko Kolapinto (“Alpine”) +2,137 (137)

  9. Oliver Berman (“Haas”) +2,303 (70)

  10. Niko Hülkenberq (“Audi”) +2,622 (49)

  11. Aleks Albon (“Uilliams”) +3,124 (71)

  12. Liam Louson (“Racing Bulls”) +3,139 (119)

  13. Karlos Sayns (“Uilliams”) +3,517 (68)

  14. Qabriel Bortoleto (“Audi”) +3,867 (60)

  15. Lens Stroll (“Aston Martin”) +4,496 (69)

  16. Valtteri Bottas (“Kadillak”) +5,103 (37)

  17. Serxio Peres (“Kadillak”) +5,582 (62)

Qeyd edək ki, “Saxir” trasında test yürüşləri 11–13 fevral tarixlərini əhatə edib. Növbəti mərhələ də eyni məkanda 18–20 fevral tarixlərində keçiriləcək.







Formula-1