14 fevral 2026. Şənbə

“Red Bull”un üstünlüyü qorxuducudur"


  • Formula-1
  • 23:27 13.02.2026
  • Oxunma sayı: 53
“Red Bull”un üstünlüyü qorxuducudur"

“Mercedes”in pilotu Corc Rassell Bəhreyndə keçirilən mövsümöncəsi testlər zamanı “Red Bull”un bolidinin nümayiş etdirdiyi performansdan narahat olduğunu etiraf edib.

90deqiqe.Az-ın "RacingNews365"ə istinadən məlumatına görə, britaniyalı pilot bildirib ki, mühərrik qalmaqalında birbaşa iştirak etmədiyi üçün məsələ ilə bağlı detallı məlumata malik deyil:

“Düzünü desəm, bu hekayə [sıxılma əmsalı ilə bağlı] barədə çox məlumatım yoxdur. Bildiyim qədərilə, informasiya komandalar arasında keçid edən əməkdaşlar vasitəsilə yayılıb.

Düşünürəm ki, diqqəti bizə yox, start düzülüşündə ən rəqabətədavamlı bolidə yönəltmək lazımdır. Hazırda bu, ‘Red Bull’dur. Onların üstünlüyü kiçik addım deyil. Söhbət enerji bərpa sistemi hesabına hər dövrədə təxminən 0,5-1 saniyəlik fərqdən gedir.

Belə fərqi görmək kifayət qədər qorxuludur. ‘Red Bull’ son 15 il ərzində, hətta güclü mühərriki olmadığı dövrlərdə belə, həmişə çox yaxşı bolidlər hazırlayıb. Bir çoxumuz üçün bu testlər əsl kəşf oldu”

Xatırladaq ki, mövsümöncəsi testlər başlamazdan əvvəl mühərrik qalmaqalı gündəmə gəlmişdi. Bir sıra komandalar “Mercedes”i sıxılma dərəcəsi ilə bağlı mümkün manipulyasiyalara görə güc qurğusunun qaydalara uyğun olmamaqda ittiham etmişdilər.







Formula-1