- Formula-1
- 23:59 16.02.2026
"Maklaren" pilotu Oskar Piastri 2025 mövsümü ilə bağlı komandasına qarşı irəli sürülən sabotaj iddialarına münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "F1oversteer" pilotçunun dediklərini belə çatdırıb.
“Ötən mövsüm ərzində heç vaxt pis niyyət və ya sabotaj olmayıb, bununla bağlı yazılanlar yanlışdır. ‘Maklaren’ komandasının müəyyən vəziyyətlərdə fərqli qərar verə biləcəyini bilirəm, özüm də eyni fikirdəyəm. Çempionatda birinci və ikinci yerlər uğrunda mübarizə aparanda hər şey bir az fərqli olur. Yarışlarda həyat belədir – bəzən plan üzrə gedir, bəzən yox. Biz keçən ilki səhvləri düzəltmək üçün çox çalışdıq və 2026 mövsümündə daha yaxşı nəticə əldə edəcəyimizə əminəm”
O əlavə edib ki, mövsümarası dövrdə bütün komanda vəziyyəti analiz edib və bəzi prosesləri fərqli aparmaq qərarına gəlib: “2025 mövsümündə üzləşdiyimiz hallar yaxşı niyyətlərlə həyata keçirilib, sadəcə bəzi anlarda daha çox səylə işləmək lazım idi. İndi isə hər şeyi təkmilləşdirmək üçün ideyalarımız var”.