18 fevral 2026. Çərşənbə

"Petronas" yanacağı FIA-dan keçməyib


  • Formula-1
  • 21:43 17.02.2026
  • Oxunma sayı: 41
"Petronas" yanacağı FIA-dan keçməyib

"Petronas"ın "Mercedes" mühərrikləri üçün yanacağı FIA tərəfindən təsdiqlənməyib və buna görə də hələlik 2026 Formula 1 mövsümündə istifadəyə icazə verilməyib.

90deqiqe.Az-ın "Motorsport Italia"ya istinadən məlumatına görə, 2026-cı ildən qüvvəyə minəcək qaydalar çərçivəsində 100% ekoloji təmiz (sustainable) yanacaq tələb olunduğundan homologasiya prosesi əhəmiyyətli dərəcədə çətinləşib. Bu səbəbdən Petronas bütün yoxlamaları və prosedurları vaxtında tamamlaya bilməyib.

Nəticədə mövsümün ilk yarışı – Avstraliya Qran Prisində "Mercedes" mühərriklərindən istifadə edən komandalar ("Mercedes AMG", "Maklaren", "Uilliams" və "Alpine") müvəqqəti alternativ yanacaqdan istifadə etmək məcburiyyətində qala bilər. Bu həllin isə performans üzərində mənfi təsir göstərmə ehtimalı yüksəkdir.

Xatırladaq ki, indiyə qədər yalnız "Shell" ("Ferrari", "Haas", "Cadillac" üçün) və "BP" ("Audi" üçün) şirkətlərinin 2026 yanacaqları FIA tərəfindən homologasiya olunub.

Əlavə olaraq, "Pirelli" şirkəti Bəhreyn-də keçiriləcək ikinci ön mövsüm testləri üçün komandaların istifadə edəcəyi şin tərkiblərini artıq açıqlayıb.







Formula-1