19 fevral 2026. Cümə axşamı

“Ferrari”yə inamım 100 faizdir”


  • Formula-1
  • 22:57 18.02.2026
  • Oxunma sayı: 53
“Ferrari”yə inamım 100 faizdir”

Yeddiqat dünya çempionu Luis Həmilton 2025-ci ilin çətin mövsümünə baxmayaraq, "Ferrari" komandasına olan etimadının dəyişmədiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, britaniyalı pilot “Sky Sports”a açıqlamasında komandaya tam güvəndiyini vurğulayıb:

“Komandaya inamım qətiyyən dəyişməyib. Bu kollektivə və onun bacarığına 100 faiz güvənirəm. Bura gəlməyimin səbəbi də məhz budur.

Bilirdim ki, uğur dərhal gəlməyəcək. Buna görə də uzunmüddətli müqavilə imzaladım. Çünki bunun bir proses olduğunu anlayırdım.

Düşünürəm ki, ötən mövsümdən çox böyük dərslər çıxarmışıq və artıq müəyyən dəyişikliklər etmişik. Hamı irəliləmək və daha yaxşı olmaq üçün köklənib. Məncə, hazırda əvvəlkindən daha yaxşı birlikdə çalışırıq və bu, gələcəyə baxanda məni həqiqətən ruhlandırır”.

Xatırladaq ki, Həmilton Maranello təmsilçisi ilə ilk mövsümünü 156 xalla altıncı pillədə başa vurub. 2025-ci ildə isə britaniyalı sürücü karyerasında ilk dəfə mövsüm ərzində heç bir yarışda podiuma yüksələ bilməyib.







Formula-1