19 fevral 2026. Cümə axşamı

FIA yeni start qaydalarını test edir


  • Formula-1
  • 12:55 19.02.2026
  • Oxunma sayı: 42
FIA yeni start qaydalarını test edir

Formula 1 Bəhreyndə keçirilən mövsümöncəsi testlərin qalan günlərində əlavə start məşqləri keçirəcək.

90deqiqe.Az-ın "Sky Sports"a  istinadən məlumatına görə, məşqlər səhər və axşam sessiyalarının sonunda baş tutacaq. Məqsəd start prosedurunda nəzərdə tutulmuş dəyişiklikləri sınaqdan keçirməkdir.

Bu məsələ yaxınlarda FIA Komissiyasının iclasında müzakirə olunub. Testlər zamanı bolidlərin idarəetmə və yarış sistemlərində edilən yeniliklər yoxlanılacaq.

Qeyd edək ki, Andrea Stella yeni reqlament fonunda start prosedurunun təhlükəli ola biləcəyini və enerji istifadəsi qaydalarına görə ötmələrin çətinləşə biləcəyini vurğulamışdı.







Formula-1