- Formula-1
- 21:29 20.02.2026
"Red Bull" komandasının pilotu Maks Verstappen Bəhreyndə keçirilən ikinci Formula 1 mövsümöncəsi testindəki performansı ilə bağlı şərh verib.
90deqiqe.Az xəbər verir ki, Verstappen komandasının mətbuat xidmətinə açıqlamasında bildirib:
“Bu həftə yaxşı başlanğıc oldu. Test yürüşləri zamanı demək olar ki, bütün proqramı yerinə yetirdik və bu, çox müsbət haldır. İndi analiz üçün kifayət qədər məlumatımız var. Bəhreyndəki testlərə maksimum hazırlaşmışdıq və komanda hazırda olduğumuz səviyyəyə çatmaq üçün əla iş gördü.
Əlbəttə, daha sürətli olmaq üçün üzərimizdə hələ çox çalışmalıyıq. Bunun üzərində işləyəcəyik. Melburnda bizi nəyin gözlədiyini görəcəyik. Yarışlara qayıtmaq xoş olacaq, amma hələ görüləsi işlər çoxdur”.
Üçüncü gün niderlandlı üçüncü ən sürətli vaxtı qeyd edib. "Ferrari" komandasının pilotu Şarl Lekler ən sürətli olub.