21 fevral 2026. Şənbə

“Formula-1 azarkeşlər üçün həddən artıq mürəkkəbləşib”


  • Formula-1
  • 14:09 21.02.2026
  • Oxunma sayı: 51
“Formula-1 azarkeşlər üçün həddən artıq mürəkkəbləşib”

"Alpine F1 Team" komandasının müşaviri Flavio Briatore "Formula-1"in yeni texniki reqlamentini kəskin tənqid edib.

90deqiqe.Az-ın "Motorsport-Total"a istinadən məlumatına görə, onun sözlərinə görə, mürəkkəb enerji idarəetməsi yarışları “mühəndislik məşğələsinə” çevirir və bu, azarkeşləri idmandan uzaqlaşdırır. Briatore bildirib ki, mövcud qaydalar tamaşaçılar üçün həddindən artıq çətin görünür.

“Düşünürəm ki, bəli. Azarkeşlər onsuz da baş verənlərin cəmi 20 faizini anlayırlar”

İtaliyalı funksioner paralel olaraq Formula E ilə müqayisə aparıb və “Kraliça yarışları”nın pilotlarının elektrik bolidlərini idarə etməkdə çətinlik çəkdiyini xatırladıb:

“Xatırlayırsınızmı Formula E-ni? Formula-1 pilotları həmin maşınları sürməyə çalışırdı və bu, demək olar ki, mümkün deyildi. Niyə? Çünki onları idarə etmək daha çox mühəndislik tapşırığı idi. Biz də hazırda həmin istiqamətə gedirik.

Adətən ötmə etmək üçün qaz pedalını sona qədər sıxırsan. İndi isə əksinə, sürəti azaltmalısan. Bilmirəm... Bir şey aydındır ki, Formula-1 hələ də bunu tamaşaçıya izah etmək üçün kifayət qədər iş görməyib.

Əgər batareyanın idarə olunması qaz pedalını sona qədər basmaqdan daha vacib olarsa, onda Formula-1 öz ruhunu itirmək riski ilə üz-üzə qala bilər”







Formula-1