- Formula-1
- 21:55 25.02.2026
Keçmiş Formula 1 pilotu və ekspert Jolyon Palmer, Bəhreyndə mövsümöncəsi sınaqlar zamanı "Maklaren"in startap işlərindəki irəliləyişi ilə bağlı şərh verib.
90deqiqe.Az xəbər verir ki, "F1 World Feed" keçmiş pilotçunun dediklərini belə çatdırıb.
“Deyəsən, ‘Maklaren’ nəsə tapıb, elə deyilmi? Bu dəfə start Okoandan o qədər də geri qalmadı. Hətta deyərdim ki, Hadjardan bir qədər yaxşı görünürdü. Görəsən, onlar nəhayət bütün problemləri həll ediblər? Görünür, fərq xeyli azalıb”,
Qeyd edək ki, daha əvvəl ikiqat dünya çempionu Mika Häkkinen 2025-ci il mövsümündə “Maklaren”in pilotu Oskar Piastrinin çıxışını şərh etmişdi.