- Formula-1
- 21:55 25.02.2026
"Kadillak"ın sürücüsü Serxio Perez komanda ilə qarşıdan gələn mövsüm haqqında danışıb.
90deqiqe.Az-ın "F1Oversteer"ə istinadən məlumatına görə, o, Formula-1-də yaşanan yüksəliş və enişlərin həm daxildən, həm də xaricdən necə göründüyünü bölüşüb.
“İşin içindən kənara çıxıb hadisələrə xarici baxışla yanaşdığınız zaman çox şey öyrənmək mümkündür. İçəridə olduğunuzda çox şey sizi narahat edir, amma bunların əksəriyyəti ictimaiyyətə görünmür. Pis yarışdan sonra sanki dünya dağılıb, hər şey bitmiş kimi görünür. Formula-1 çox kəskin yüksəliş və enişlərlə seçilir. Xaricdən baxanda isə heç nə dəyişmir – sadəcə prosesi izləməkdən zövq alırsan.
Mən ‘Kadillak’la bütün yolu sona qədər getmək istəyirəm. Birgə işdən həzz almaq, komandanın sürətli irəliləyişini görmək istəyirəm. Bunun üçün buradayam. Əminəm ki, çox tez irəliləyiş əldə edəcəyik. ‘Kadillak’ çempionata böyük uğurlar üçün gəlib”