12 aprel 2026. Bazar günü

FIA Formula-1-də yeni ECAT sistemini tətbiq edəcək


  • Formula-1
  • 21:55 25.02.2026
  • Oxunma sayı: 349
FIA Formula-1-də yeni ECAT sistemini tətbiq edəcək

Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2026-cı ildən etibarən Formula 1-də xüsusi ECAT sistemindən istifadə edəcək.

90deqiqe.Az-ın "Motorsport"a istinadən məlumatına görə, bu texnologiya hakimlərə tras həddini aşan sürücülərin pozuntularını daha sürətli müəyyən etməyə imkan verəcək.

Sistemin süni intellekt texnologiyası əsasında işləyəcəyi, insan müdaxiləsinə ehtiyacı 95% azaldacağı gözlənilir.

ECAT adının mənası “Every Car All Turns” – “Hər maşın, hər döngə”dir. Sistem hər döngədə pilotları izləyəcək və lazım gəldikdə pozuntuların sübutlarını komandalarla paylaşacaq.







Formula-1