26 fevral 2026. Cümə axşamı

“Red Bull" qələbələr uğrunda mübarizə aparmayacaq”


  • Formula-1
  • 20:25 26.02.2026
  • Oxunma sayı: 47
“Red Bull" qələbələr uğrunda mübarizə aparmayacaq”

Dördqat dünya çempionu, "Red Bull" komandasının pilotu Maks Verstappen yeni Formula-1 mövsümü ilə bağlı gözləntilərini bölüşüb.

90deqiqe.Az "RacingNews365"ə istinadən xəbər verir ki, niderlandlı sürücü testlər zamanı müəyyən problemlərlə üzləşdiklərini bildirib:

“Testlərdə bəzi çətinliklərimiz oldu. Amma düşünürəm ki, "Red Bull"un bu qədər böyük heyəti koordinasiya etməsi və öz mühərrikini hazırlaması olduqca böyük nailiyyətdir. Bu baxımdan razıyam”.

Bununla yanaşı, Verstappen hazırkı mərhələdə komandanın qələbələr uğrunda mübarizəyə hazır olmadığını etiraf edib:

“Ən yüksək yerlər uğrunda yarışmaq üçün daha bir addım atmalıyıq. Hazırda düşünürəm ki, Red Bull yarış qələbələri üçün mübarizə aparmayacaq. Realist olmaq lazımdır. Yeni reqlamentə keçiddən və öz mühərrikimizi istifadə etməyə başladıqdan dərhal sonra qələbə gözləmirdik”.

 







Formula-1

“Bu, saf Formula-1 deyil"
  • Formula-1
  • 22:14 23.02.2026
“Bu, saf Formula-1 deyil"