28 fevral 2026. Şənbə

Yaxın Şərqdəki gərginlik Formula-1-in planına təsir edə bilər


  • Formula-1
  • 20:13 28.02.2026
  • Oxunma sayı: 47
Yaxın Şərqdəki gərginlik Formula-1-in planına təsir edə bilər

Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula-1 rəhbərliyi Yaxın Şərqdəki gərginlikləri diqqətlə izləyir.

90deqiqe.Az-ın “PlanetF1”ə istinadən məlumatına görə, bu vəziyyət Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-Prisinin keçirilməsinə təsir göstərə bilər.

"Növbəti üç yarışımız — Avstraliya, Çin və Yaponiya, Yaxın Şərqdə deyil. Hələ bir neçə həftə var və biz hər zaman belə vəziyyətləri diqqətlə izləyirik, müvafiq orqanlarla sıx əməkdaşlıq edirik." - deyə, "Formula-1" rəhbərliyi qeyd edib.

Bəzi komanda üzvləri mövsümün açılış yarışı üçün Melburna səfərlərində Yaxın Şərqdən keçməmək üçün alternativ marşrutlar axtarır. Adətən Avropadan Avstraliyaya uçuşlar Doha, Dubay və ya Abu-Dabi üzərindən həyata keçirilir.

Qeyd edək ki, Formula-1 əvvəllər də bu cür regional konfliktlərin təsiri ilə üzləşib. 2022-ci ildə Səudiyyə Ərəbistanı Qran-Prisi zamanı Ciddə yaxınlığında Aramco obyektinə raket zərbəsi endirilsə də, yarış plan üzrə keçirilib.







Formula-1