3 mart 2026. Çərşənbə axşamı

“Boş həftəsonuna qatılmaq niyyətimiz yoxdur”


  • Formula-1
  • 23:38 02.03.2026
  • Oxunma sayı: 33
“Boş həftəsonuna qatılmaq niyyətimiz yoxdur”

"Aston Martin" F1 komandası "Honda" tərəfindən hazırlanan mühərrik yenilikləri sayəsində Avstraliya Qran-prisində normal iş rejiminə qayıtmağı ümid edir.

90deqiqe.Az xəbər verir ki, Bəhreyn testlərində yaranan problemlər akkumulyator batareyasında çox güclü vibrasiyadan qaynaqlanıb. Honda mühəndisləri etibarlılığı artırmaq üçün təkmilləşdirmələr hazırlayıblar və bunlar cümə günü Melburnda tətbiq olunacaq.

Əgər dəyişikliklər uğurlu olarsa, Aston Martin tam həftəsonu yarışa qatılacaq. Əks halda, komanda yalnız məlumat toplamaqla kifayətlənməli olacaq. Komanda heç bir halda “boş” həftəsonuna qatılmaq niyyətində deyil.

Bundan əlavə, AMR26 bolidi üçün yeni aerodinamik paket təqdim olunacaq, lakin onun effektivliyi yalnız müxtəlif şəraitdə tam testlərdən sonra qiymətləndirilə bilər.







Formula-1