- Formula-1
- 23:58 05.03.2026
"Ferrari"nin britaniyalı pilotu Luis Həmilton, “F-1” filminin davamı üzərində işlərin artıq başladığını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "Motorsport" 41 yaşlı pilotçunun dediklərini belə çatdırıb.
“Biz artıq ikinci hissənin ilk ssenarisi üzərində işləyirik. İlk görüşümüz ehtimal ki, ilin ikinci yarısının ortası və ya sonlarında baş tutdu. Mən, Cerri və Ceo Kosinski müxtəlif ideyaları və ssenarinin hansı istiqamətdə irəliləyə biləcəyini müzakirə etdik. Daha sonra isə bir neçə dəfə Eren Kryuger ilə görüşdük. Bu, çox həyəcanverici prosesdir. Mən artıq bir dəfə bu prosesi yaşamışam, amma ilk dəfə çox gərgin idi. İndi artıq öyrəşmişəm və nə gözlədiyimi bilirəm”
O, filmin böyük təsir bağışladığını və tamaşaçılarda “F-1” barədə maraq oyatdığını vurğulayıb:
“Biz daha yaxşı işləyə bilərdik. Bu, insanlara böyük təsir etdi. Hələ də filmə baxan və bu idman növünün mahiyyətini daha yaxşı anlayanlardan mesajlar alıram. İnsanlar idmana dərindən maraq göstərirlər. İkinci film çox önəmlidir. Sekiul hər zaman uğurlu olmur, amma komandamız əla, aktyor heyətimiz və ssenaristimiz möhtəşəmdir. Buna görə narahat deyiləm, amma işləri tələsdirmədən düzgün edəcəyik”.
Həmilton həmçinin karyerasında aktyorluq təcrübəsi barədə danışıb:
“Daha çox ekranda görünmək istərdimmi? Əslində, mən çox istəmirəm. Bir çox imkanlar olub, amma mənə arxa planda olmaq çox xoş idi. Bu, inanılmaz təcrübə idi və məncə, kadrda olmaqdan daha zövqlüdür. Aktyor olmaq çətindir və belə personajlara çevrilmək asan iş deyil. Amma bəli, mən ‘Cars 2’ filmi və dublyaj işində təcrübə qazandım, bu da çox gözəl idi.
Gələcəkdə isə çoxlu televiziya şouları, sənədli filmlər və digər kinolarda prodüser kimi fəaliyyət göstərəcəyəm. Bir çox layihəm hazırda hazırlanır. Buna görə çəkilişlərdə iştirak etməkdən daha çox prodüserliyə fokuslanmağı planlaşdırıram”, – deyə Həmilton bildirib.