- Formula-1
- 23:58 05.03.2026
Dördqat "Formula-1" çempionu və "Red Bull" pilotu Maks Verstappen yarışdığı maşının modelinin onun üçün önəmli olmadığını bildirib.
90deqiqe.Az-ın məlumatına görə, niderlandlı pilot bu barədə "Formula-1"in mətbuat xidmətinə açıqlamasında söyləyib.
“Əgər mən bu maşını, keçən ilki modeli və ya hətta supermarket arabasını sürsəm belə, ondan maksimum nəticə alacağam. Pilotlar hər zaman şəraitə uyğunlaşmalıdır. Yaxşı pilotlar hər zaman zirvədə olur”
28 yaşlı Verstappen 2025 mövsümündə 421 xal toplayaraq fərdi hesabda ikinci yeri tutub.