9 mart 2026. Bazar ertəsi

“Təkərlərin performansı bizə mane oldu”


  • Formula-1
  • 14:57 08.03.2026
  • Oxunma sayı: 124
“Təkərlərin performansı bizə mane oldu”

 Dördqat Formula 1 çempionu Maks Verstappen, "Red Bull" komandası ilə Avstraliya Qran-prisində qarşılaşdığı təkər problemlərindən danışıb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" 28 yaşlı niderlandlının dediklərini belə çatdırıb.

“Bizdə təkərlərin aşınması çox yüksək idi. Onlarda çox tez qranullaşma başlayırdı. Bu yarışın qalan hissəsinə ciddi təsir etdi. Düşünürdük ki, sərt tərkib ilə vəziyyətimiz daha yaxşı olacaq. Amma təəssüf ki, bu tərkib bu gün işləmədi.” 

Qeyd edək ki, Verstappen sıralama turunun ilk sessiyasında qəza nəticəsində 20-ci yerdən start götürüb və yarış ərzində 14 mövqe irəliləyərək finişi altıncı sırada başa vurub.







Formula-1