- Formula-1
- 18:00 09.03.2026
“Formula-1” üzrə dördqat dünya çempionu Maks Verstappen 2026-cı ildə keçiriləcək “Nürburqrinqin 24 saatı” marafonunda iştirak edəcək.
90deqiqe.Az-ın “Intercontinental GT Challenge”yə istinadən məlumatına görə, 28 yaşlı pilot yarışa özünün “Verstappen Racing” komandası ilə qatılacaq.
Niderlandlının komanda yoldaşları Lukas Auer, Jül Qunon və Daniyel Xunkadelya ilə birlikdə “Mercedes-AMG GT3” avtomobilinin sükanı arxasına keçəcək.
“Dözümlülük marafonu” 14–17 may tarixlərində Almaniyanın Nürburqrinq trasında keçiriləcək.
Bundan əvvəl isə niderlandlı pilotun martın 21-də eyni trasda təşkil olunacaq yarışda iştirak etməsi gözlənilir. Sözügedən yarış “Formula-1” təqviminə daxil olan Çin Qran-prisindən bir həftə sonra baş tutacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Qran-prisi ləğv ediləcəyi halda, Verstappen aprelin 18–19-da Nürburqrinqdə keçiriləcək üçüncü mərhələdə də çıxış edə bilər.