10 mart 2026. Çərşənbə axşamı

ABŞ paytaxtında ilk dəfə "IndyCar" yarışı keçiriləcək


  • Formula-1
  • 23:00 09.03.2026
  • Oxunma sayı: 44
ABŞ paytaxtında ilk dəfə "IndyCar" yarışı keçiriləcək

"IndyCar" çempionatının təşkilatçıları Vaşinqton şəhərinin mərkəzində ilk dəfə keçiriləcək “Freedom 250” Qran-prisinin tras konfiqurasiyasını və rəsmi loqosunu təqdim ediblər.

90deqiqe.Az-ın məlumatına görə, yarış 2026-cı il 22–23 avqust tarixlərində baş tutacaq və ABŞ-ın Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyinə həsr olunacaq. Yarış həftəsonu tamaşaçılar üçün açıq olacaq və tədbirə giriş pulsuz olacaq.

Yeni yarışın trası 2,74 kilometr uzunluğunda şəhər tipli marşrutdan ibarət olacaq və yeddi döngəni əhatə edəcək. Pilotlar Pensilvaniya prospekti boyunca hərəkət edəcək, marşrut isə Milli Aviasiya və Kosmonavtika Muzeyi, Milli İncəsənət Qalereyası və Milli Arxiv binasının yanından keçəcək. Pit-zolağı isə Pensilvaniya prospektində, birinci və ikinci döngələr arasında yerləşəcək.

İkiqat "IndyCar" çempionu və məşhur “İndianapolis-500” yarışının qalibi Cozef Nyugarden yeni tras haqqında danışarkən bildirib:

“Bu tras indiyədək gördüyümüz digər şəhər yarışlarından fərqlənir. Pensilvaniya prospektində sürətli hissə var və bu, pilotlardan böyük cəsarət və dəqiqlik tələb edəcək. Eyni zamanda 9-cu küçədə yerləşən texniki döngələr sürücülərdən maksimum diqqət istəyəcək. ABŞ tarixinin mərkəzində, belə möhtəşəm görməli yerlərin fonunda keçiriləcək yarış həqiqətən çox təsirli olacaq”.







Formula-1