11 mart 2026. Çərşənbə

"Audi" komandası Bortoleto üçün texniki problemin səbəbini açıqladı


  • Formula-1
  • 23:46 10.03.2026
  • Oxunma sayı: 33
"Audi" komandası Bortoleto üçün texniki problemin səbəbini açıqladı

"Formula 1" üzrə "Audi" komandasının texniki direktoru Ceyms Ki Avstraliya Qran-Prisinin üçüncü təsnifat mərhələsində Qabriel Bortoletonun iştirak edə bilməməsinin səbəbini izah edib.

90deqiqe.Az xəbər verir ki,  problemin Bortoleto’nun ikinci mərhələdən sonra pit-yolunda maşının dayanması zamanı baş verdiyi bildirilib.

“Biz hələ də bu hadisəni araşdırırıq. Onun maşını işə düşmədi. Detallara girməyəcəyəm, amma hadisəni və maşının niyə işə düşmədiyini anlamaq üçün bir çox sistemləri yoxladıq. O, pit-yoluna daxil olarkən mühərriki yenidən işə salmağa çalışırdı. Məlum oldu ki, əgər biz tam enerji yenidən yükləmə əməliyyatı həyata keçirsəydik, maşın yenidən işə düşərdi. Ancaq biz bunu bilmirdik”

Texniki direktora görə, komandanın tempi üçüncü mərhələdə onları bir neçə mövqe irəli apara bilərdi, bəlkə də doqquzuncu yerə qədər. “Düşünürəm ki, Lindblad həmişə sürətli dövrədə bizdən bir az üstünlükdə olub”, — deyə Ki əlavə edib.







Formula-1