- Formula-1
- 13:24 15.03.2026
"Mersedes" komandasının 19 yaşlı pilotu Andrea Kimi Antonelli avtoidman tarixində mühüm nailiyyət əldə edib.
90deqiqe.Az-ın məlumatına görə, italiyalı sürücü 2026-cı il mövsümünün ikinci mərhələsi olan Çin Qran-prisində qalib gələrək Formula-1 tarixində ikinci ən gənc yarış qalibi olub.
Antonelli karyerasında ilk qələbəni 19 yaş 202 günlüyündə qazanıb.
Bu göstərici üzrə rekord isə Maks Verstappenə məxsusdur. "Red Bull" komandasının pilotu 2016-cı ildə Barselona şəhərində keçirilən yarışda 18 yaş 228 günlüyündə qalib gələrək tarixə düşmüşdü.
Siyahıda üçüncü yerdə Sebastyan Fettel qərarlaşıb. Almaniyalı pilot 2008-ci ildə keçirilən İtaliya Qran-prisində 21 yaş 73 günlüyündə qələbə qazanmışdı.