- Formula-1
- 12:30 18.03.2026
Keçmiş “Formula-1” pilotu, hazırda isə təhlilçi kimi fəaliyyət göstərən Kristian Danner yeni texniki qaydaların dördqat dünya çempionu, niderlandlı Maks Verstappen tərəfindən tənqid olunmasına münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "Sport.de" keçmiş pilotçunun dediklərini belə çatdırıb.
“Verstappen heç bir halda ‘Formula-1’ə olan marağını tam itirməyəcək. Və bunu da qeyd etmək lazımdır ki, o, dürüst insandır. O, həmişə fikrini açıq və dəqiq ifadə edib və bu barədə qiymətləndirmə aparmaq üçün kifayət qədər səriştəlidir.
Düşünmürəm ki, bu tənqid onun hazırkı mövqeyi ilə, yəni indi ön sıralarda olmaması ilə bağlıdır. Bu, onun səmimi fikridir. Əgər kimsə bu barədə düzgün qiymət verə bilərsə, bu, son illərin çempionudur”, — deyə Danner bildirib.