19 mart 2026. Cümə axşamı

“Çində tras zəif tərəflərimizi açıq göstərdi, pilotlarımızdan üzr istəyirik”


  • Formula-1
  • 23:04 18.03.2026
  • Oxunma sayı: 33
“Çində tras zəif tərəflərimizi açıq göstərdi, pilotlarımızdan üzr istəyirik”

"Audi" komandasının rəhbəri Conatan Uitli komandanın Çin Qran Prisindəki məyusedici həftəsonu ilə bağlı şərh verib. 

90deqiqe.Az xəbər verir ki, "Auto Motor und Sport" Uitlinin dediklərini belə çatdırıb.

"Bu tras bir çox sahədə zəif cəhətlərimizi üzə çıxardı. Müəyyən yarış vəziyyətlərində idarəetmənin nə qədər vacib olduğu aydın oldu. Bu, bizim üçün hələ də çətinlik yaradır.

Ardıcıl ikinci Qran Pridə trasda yalnız bir avtomobilin olması çox məyusedicidir. Sürücülərdən üzr istəməliyik"

Qeyd edək ki, həmin həftəsonunda Niko Hülkenberq sprinti başa vura bilməyib və Qabriel Bortoleto texniki problemlərə görə əsas yarışa belə başlamayıb.







Formula-1