19 mart 2026. Cümə axşamı

“Şumaxer komandasını həmişə dəstəkləyirdi, Verstappen isə…”


  • Formula-1
  • 22:11 19.03.2026
  • Oxunma sayı: 39
“Şumaxer komandasını həmişə dəstəkləyirdi, Verstappen isə…”

Keçmiş Formula-1 pilotu və hazırda analitik olan almaniyalı Ralf Şumaxer “Red Bull” komandasında çıxış edən dördqat F-1 çempionu Maks Verstappen ilə öz əfsanəvi qardaşı Mixael Şumaxer arasındakı əsas fərqi açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "RacingNews365" keçmiş pilotçunun dediklərini belə çatdırıb.

"Maksla qardaşım arasındakı əsas fərq ondadır ki, Maykl həmişə komandasını dəstəkləyib və heç vaxt ictimaiyyət qarşısında tənqid etməyib. Və bu, hazırda çox vacibdir. Əlbəttə ki, komanda daxilində hər şey baş verə bilər. Eşitdim ki, hamısı eyni müstəvidədir və uzun söhbət ediblər.

Hazırda Loran Mekies üçün yeni, güclü istedadlar gətirməklə komandadakı boşluqları doldura biləcəyini göstərmək vacibdir. Loran mühəndis kimi düşünür və Ferrari-dəki təcrübəsini nəzərə alsaq, onun İtaliyadan kənarda əlaqələrinin nə qədər geniş olduğunu bilmirəm."

"Red Bull"a gəldikdə isə, təəssüf ki, hazırda diqqət Maks Verstappenə yönəlib. O, istənilən məsələdə danışmağa məcburdur, çünki bunu edəcək başqa heç kim yoxdur",







Formula-1