20 mart 2026. Cümə

“Audi” komandasında gözlənilməz ayrılıq


  • Formula-1
  • 20:35 20.03.2026
  • Oxunma sayı: 37
“Audi” komandasında gözlənilməz ayrılıq

"Audi" komandasının rəhbəri Conatan Uitli vəzifəsindən ayrılıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu qərar dərhal qüvvəyə minib. Britaniyalı funksionerin gedişinə səbəb kimi şəxsi hallar göstərilib.

Bəyanatda komandanın Uitlinin fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulanıb:

“Komanda Conatana layihəyə verdiyi töhfəyə görə təşəkkür edir və gələcək fəaliyyətində uğurlar arzulayır. Komandanın gələcək strukturu daha sonra müəyyənləşdiriləcək. Hazırda kollektiv “Formula-1”də dəyişən şərtlərə uyğunlaşma prosesini davam etdirir. "Audi AG"nin dəstəyi ilə komanda 2030-cu ilə qədər çempionluq uğrunda mübarizə aparmaq istiqamətində inkişafını davam etdirəcək”.

Qeyd edək ki, 2024-cü ildən layihəyə rəhbərlik edən Mattia Binotto əlavə olaraq komanda rəhbəri vəzifəsini də icra edəcək.







Formula-1