- Formula-1
- 22:13 26.03.2026
Yeddiqat dünya çempionu və “Ferrari” komandasının pilotu Luis Hemilton çempionat iştirakçılarının tənqidlərinə baxmayaraq, yeni texniki qaydaları dəstəkləyib.
90deqiqe.Az xəbər verir ki, "Motorsport" pilotçunun dediklərini belə çatdırıb.
“Əgər kartinqə qayıtsaq, orada hər şey eynidir: hamı daim bir-birini ötür, irəli-geri mübarizə gedir, heç kim ciddi fərqlə uzaqlaşa bilmir. Bu, yarışın ən yaxşı formasıdır. “Formula-1” isə uzun müddət belə deyildi. Son 20 ildə idarə etdiyim bütün bolidlər arasında bu, sürətli döngələrdə rəqibə çox yaxın gedə bildiyim və ciddi itkilər yaşamadan onu izləyə bildiyim yeganə maşındır.
Əvvəllər arxa qanadın açılması sistemi var idi – əslində bu, məcburi həll idi, çünki döngələrdə rəqibə kifayət qədər yaxınlaşmaq mümkün olmurdu. İndi isə güc fərqi mövcuddur, lakin çox cüzidir. Sən önə keçəndə belə, arxadakı maşın yenə yaxın məsafədə qalır və bu, şəxsən mənim daha çox xoşuma gəlir. Ən yaxşı ötüşmələr və mübarizə məhz belə yaranır. Bəlkə də oxşar hissləri yalnız illər əvvəl Bəhreyndə Niko Rosberqlə mübarizə apardığımız zaman yaşamışdım.
Yarışlar məhz belə olmalıdır – daimi mübarizə, irəli-geri keçidlər. Elə deyil ki, bir dəfə ötüşmə etdin və hər şey bitdi. Mənə bu format daha çox uyğun gəlir. İndi isə digər komandaların da səviyyəni yüksəltməsi lazımdır ki, belə duellər daha çox olsun”