- Formula-1
- 22:16 27.03.2026
“Red Bull” komandasının 2026-cı il mövsümünün əvvəlində çəkisi ilə bağlı problemləri gözlənildiyi qədər ciddi olmayıb.
90deqiqe.Az-ın "RacingNews365"ə istinadən məlumatına görə, Çində İsaak Hadjarın bolidinin FİA tərəzilərində çəkisi 716,5 kiloqram olaraq qeydə alınıb.
Pilotun çəkisi təxminən 65 kiloqram olduğundan maşın və pilotun ümumi çəkisi təxminən 781,5 kiloqram olurdu ki, bu da icazə verilən həddi 13 kiloqram aşır. Maks Verstappen üçün isə artıq çəki təxminən 20 kiloqram təşkil edə bilərdi.
Məlumatlara görə, həqiqi artıq çəki 9-10 kiloqramdır. Tərəziləməyə maşının tənzimləmələri və üzərindəki sensorların sayı təsir göstərə bilərdi. 10 kiloqram artıq çəki hər dövrədə təxminən 0,2 saniyə gecikmə yaradır və maşının balansını dəyişdirir.
Çəkini azaltmaq üçün hazırlanan yeniliklər Mayami yarışına qədər təqdim olunacaq. Əvvəlcə yeniliklər Bəhreyn mərhələsinə gətiriləcəkdi, lakin mərhələnin ləğvi ilə tətbiq vaxtı dəyişdirilib.