- Formula-1
- 23:58 28.03.2026
“Mercedes” komandasının rəhbəri Toto Volf dördqat dünya çempionu Maks Verstappenin yeni texniki qaydalardan narazılığına baxmayaraq, Formula 1-də karyerasını davam etdirəcəyinə ümid etdiyini bildirib.
90deqiqe.Az xəbər verir ki, "Sky Sport Germany" funksionerin dediklərini belə çatdırıb.
“Makslə bağlı demək olar ki, o, emosional insandır. Onun üçün ən vacib məqam sükan arxasında olmaqdan zövq almaqdır. Hazırda bunun belə olmamasını təsəvvür edə bilirəm.
Ümid edərdim ki, biz Maksı ümumilikdə Formula 1-dən itirmərik. Amma bizim iki pilotumuzla hər şey qaydasındadır və heç nəyi dəyişməyi planlaşdırmırıq”, – deyə Volf qeyd edib.
Xatırladaq ki, Maks Verstappenin “Red Bull” komandası ilə müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir.