30 mart 2026. Bazar ertəsi

Lekler ilk üçlük sayında əfsanələrlə eyni sırada


  • Formula-1
  • 23:55 29.03.2026
  • Oxunma sayı: 17
Lekler ilk üçlük sayında əfsanələrlə eyni sırada

“Ferrari” komandasının sürücüsü Şarl Lekler podium sayına görə finlandiyalı Kimi Rəykkönenlə eyni göstəriciyə çatıb.

90deqiqe.Az-ın məlumatına görə, belə ki, hər iki sürücünün aktivində İtaliya təmsilçisi ilə 52 dəfə ilk üçlükdə yer almaq var.

“Ferrari” tarixində 50 və daha çox dəfə ilk üçlükdə yer alan sürücülərin ilk beşliyi:

  • Mixael Şumaxer – 116;
  • Sebastian Fettel – 55;
  • Rubens Barrikello – 55;
  • Kimi Rəykkönen – 52;
  • Şarl Lekler – 52.

Yaponiya mərhələsindən sonra ümumi sıralamada Şarl Lekler 49 xalla üçüncü pillədə qərarlaşıb. Cədvələ “Mersedes” komandasının sürücüsü Andrea Kimi Antonelli 72 xalla liderlik edir. İkinci pillədə isə onun komanda yoldaşı Corc Rassell 63 xalla yer alır.







Formula-1