30 mart 2026. Bazar ertəsi

"Adidas" 2027-ci ildən "Red Bull"un texniki tərəfdaşı olacaq


  • Formula-1
  • 17:39 30.03.2026
  • Oxunma sayı: 63
"Adidas" 2027-ci ildən "Red Bull"un texniki tərəfdaşı olacaq

Almaniyanın idman brendi "Adidas" 2027-ci ildən etibarən komandanın "Formula 1" üzrə texniki tərəfdaşı olmaq üçün "Red Bull" ilə müqavilə imzalayıb.  

90deqiqe.Az-ın "Bild"ə istinadən məlumatına görə, müqavilə minimum üç il müddətinə bağlanıb və mövsüm üçün təxminən 27 milyon avro dəyərindədir.

“Adidas” artıq “Red Bull” üçün ilk birgə kolleksiyanın dizaynını təqdim edib. Kolleksiyada əsas rəng tünd mavi olacaq, lakin brendin tanınmış üç zolağı ilə yeni vurğular əlavə olunacaq.

“Adidas” mövzu ilə bağlı rəsmi açıqlama verməyib.

Əvvəlki illərdə “Adidas” artıq “Mercedes” və “Audi” ilə tərəfdaşlıq edib. 2026-cı mövsümdə isə “Red Bull”un geyim təminatçısı “Puma” olacaq. Alman rəqibi isə “Maklaren” və “Ferrari” ilə əməkdaşlığını davam etdirəcək.







Formula-1