1 aprel 2026. Çərşənbə

“Ferrari” və “Mercedes”dən qayda dəyişikliyinə etiraz - pilotlar narazıdır


  • Formula-1
  • 22:54 31.03.2026
  • Oxunma sayı: 13
“Ferrari” və “Mercedes”dən qayda dəyişikliyinə etiraz   - pilotlar narazıdır

“Ferrari” və “Mercedes” komandaları cari mövsümdə qüvvədə olan "Formula-1" texniki qaydalarına dəyişiklik edilməsinə qarşı çıxır.

90deqiqe.Az "Marca"ya istinadən xəbər verir ki, pilotların əksəriyyəti mövcud qaydaları tənqid etsə də, aparıcı komandaların nümayəndələri öz mövqelərini açıq şəkildə ifadə edə bilmirlər. Narazılığın əsas səbəbi güc qurğusunun idarəetmə sisteminin iş prinsipi ilə bağlıdır. Bu sistem bəzi məqamlarda güc itkisinə səbəb olur və bolid üzərində nəzarəti çətinləşdirir.

Qısa müddətli perspektivdə müəyyən dəyişikliklər müzakirə olunur. Bunlara sıralama yürüşü zamanı elektrik enerjisindən istifadəyə məhdudiyyət qoyulması da daxildir.

Bununla belə, mənbə vurğulayır ki, texniki qaydalarda ciddi dəyişikliklərin 2027-ci ildən əvvəl həyata keçirilməsi ehtimalı çox aşağıdır.







Formula-1