- Formula-1
- 23:05 31.03.2026
“Red Bull” komandasının pilotu İsak Hadjar Yaponiya Qran-prisindən sonra komandanın əsas problemini açıqlayıb.
90deqiqe.Az "Planet F1"ə istinadən xəbər verir ki, fransalı pilotçu bildirib ki, hazırkı vəziyyətdə yeganə müsbət cəhət avtomobildən maksimum nəticə çıxara bilmələridir:
“Əsas problem ondadır ki, maşını həqiqətən sürətli etmək üçün nə etməli olduğumuzu anlamırıq. Mühərrik yaxşıdır, bu sahədə problem yoxdur. Çətinlik şassidədir – o, sadəcə çox zəifdir, avtomobil döngələrdə kifayət qədər sürətli deyil”.
Fransalı pilot yarışı 12-ci pillədə başa vurub. Onun komanda yoldaşı, Formula-1 üzrə dördqat dünya çempionu Maks Verstappen isə yarışı 8-ci yerdə tamamlayıb.
Mövsümün ilk üç mərhələsindən sonra “Red Bull” Konstruktorlar kubokunda 16 xalla altıncı pillədə qərarlaşıb.