2 aprel 2026. Cümə axşamı

“Hər iki pilot üçün yeniliklər bərabər tətbiq olunacaq”


  • Formula-1
  • 16:52 02.04.2026
  • Oxunma sayı: 16
“Hər iki pilot üçün yeniliklər bərabər tətbiq olunacaq”

Fransanın Alpin Formula 1 komandası kollektivi pilot Franko Kolapinto ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, komanda azarkeşlər tərəfindən səsləndirilən mümkün qeyri-bərabər münasibət ittihamlarını qəti şəkildə rədd edib.

Bəyanatda qeyd olunub ki, Kolapinto komandada digər pilot Pyer Qasli ilə eyni statusa malikdir:

“Franko bizim pilotumuzdur və komanda ona, o da komandaya güvənir. Bu, onun komandadakı bərabər mövqeyini açıq şəkildə göstərir. Sabotaj və ya ona fərqli bolid verilməsi ilə bağlı iddialar tamamilə əsassızdır. Məhz buna görə komanda bu mövzuya münasibət bildirməyi zəruri hesab etdi”.

Komanda həmçinin mövsüm ərzində texniki yeniliklərlə bağlı fərqlərin yarana biləcəyini də etiraf edib:

“Mübarizə şəraitində bəzən yeniliklər əvvəlcə bir boliddə tətbiq oluna bilər. Bu barədə açıq məlumat verəcəyik və maksimum şəffaf davranacağıq. Məqsədimiz yenilikləri mümkün qədər tez hər iki bolidə tətbiq etməkdir”.

Bəyanatda vurğulanıb ki, komandanın əsas hədəfi nəticə qazanmaqdır və hər hansı sabotaj iddiaları bu məqsədə ziddir:

“Komanda üçün xal itirmək sərfəli deyil. Sabotajla bağlı hər hansı iddia bu məqsədlə ziddiyyət təşkil edir”.







Formula-1