- Formula-1
- 23:19 06.04.2026
“Haas” komandasının rəhbəri Ayao Komatsu karyerasını avtomobil idmanı ilə bağlamazdan əvvəl nə ilə məşğul olmaq istədiyini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, “The Independent” Komatsunun dediklərini belə çatdırıb.
“Əslində, jurnalist-araşdırmaçı olmaq istəyirdim. Polis və media əl atmayan mövzularla məşğul olmaq, öz araşdırmalarımı aparmaq, sübutlar toplamaq və həqiqətə çatmaq mənim hədəfim idi.
Amma sonra Formula-1 mənim üçün hər şey oldu. Bir dostum dedi ki, riyaziyyat və fizikanı gücləndirməliyəm, mən də düşündüm: ‘Allah…’ Texniki yönümlü biri deyiləm. Mühəndislərə baxırdım və deyirdim: kaş mənim də belə ağlım olardı. Amma nə qədər kitabın qarşısında otursam da, məqsədim Formula-1-də uğur qazanmaq idi.
Atama Formula-1-də işləmək istədiyimi dediyim zaman onun hətta sürücülük vəsiqəsi belə yox idi. Bizim həyatımızda ümumiyyətlə avtomobil idmanı və maşın yox idi. Amma valideynlərimə minnətdaram ki, mənə öz yolumu seçməyə imkan verdilər və məni dayandırmadılar”