15 aprel 2026. Çərşənbə

Rassell Nürburqrinqdə yarışın geri dönməsini istəyir


  • Formula-1
  • 22:56 14.04.2026
  • Oxunma sayı: 52
Rassell Nürburqrinqdə yarışın geri dönməsini istəyir

“Mercedes” komandasının pilotu Corc Rassell “Pirelli” şin testlərində Nürburqrinqdə iştirak edib və gələcəkdə bu trasda çempionat çərçivəsində yenidən yarışmaq istədiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, pilotçu trasla bağlı təəssüratlarını bölüşüb:

“Bu gün səhər sürmək mənə çox xoş oldu. Nürburqrinqi həqiqətən çox sevirəm. Nordşlayfe hissəsində də bir neçə dövrə vurdum. Bu tras mənim üçün çox və çox maraqlıdır. Bu, əsl köhnə məktəb, ənənəvi yarış trasıdır”.

Rassell qeyd edib ki, Almaniyada hazırda yarışın olmaması təəssüf doğurur:

“Burada bir gün yenidən yarışmaq istərdim. Hazırda Almaniyada yarış yoxdur. "Mercedes" ilə birlikdə bu ölkədə bir mərhələni yenidən təqvimə qaytarmaq pis olmazdı”.

Qeyd edək ki, “Pirelli”nin Nürburqrinqdə keçirdiyi testlər 14–15 aprel tarixlərində baş tutur. Sınaqlarda “Mercedes” və “Maklaren” komandaları iştirak edir.







Formula-1