16 aprel 2026. Cümə axşamı

Maks Verstappenin atası şərhçinin iddiasını təkzib edib


  • Formula-1
  • 22:51 15.04.2026
  • Oxunma sayı: 57
Maks Verstappenin atası şərhçinin iddiasını təkzib edib

Dördqat Formula 1 dünya çempionu Maks Verstappenin atası Yos Verstappen niderlandlı F1 şərhçisi Cek Ployciyə sərt cavab verib.

90deqiqe.Az xəbər verir ki, daha əvvəl şərhçi Yos Verstappenin Maksın “Mercedes”ə keçidi ilə bağlı məlumatı təsdiqlədiyini iddia etmişdi.

Buna cavab olaraq Yos Verstappen sosial şəbəkə hesabında qısa və sərt paylaşım edib: “Qoy həkimə getsin, ya da sadəcə qulaqlarını yusun”.

Qeyd edək ki, 28 yaşlı Maks Verstappen hazırda Formula 1 ümumi sıralamasında 12 xalla 9-cu yerdə qərarlaşıb. Çempionatın lideri isə “Mercedes”in 19 yaşlı pilotu Andrea Kimi Antonelli hesab olunur.







Formula-1