- Formula-1
- 22:53 17.04.2026
“Cadillac” komandasının test pilotu Kolton Herta 2026 mövsümündə ilk dörd sərbəst yürüşdə iştirak edəcək.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Pilot bildirib ki, “Cadillac” bolidinə ilk dəfə əyləşəcəyi anı səbirsizliklə gözləyir və komanda ilə birlikdə işləyərək maksimum fayda verməyə çalışacaq.
Qeyd edək ki, Kolton Herta ilk dəfə Barselona Qran Prisində sükan arxasına keçəcək və daha sonra mövsüm ərzində daha üç sərbəst yürüş sessiyasında iştirak edəcək.