- Formula-1
- 17:21 25.04.2026
"Formula 1"də 2027 və ya 2028-ci illərdə qüvvəyə minə biləcək mühərrik qaydalarının dəyişdirilməsi müzakirə olunur.
90deqiqe.Az-ın “The Race” nəşrinə istinadən məlumatına görə, söhbət hazırda daxili yanma mühərriki ilə batareya arasında təxminən 50/50 nisbətində olan güc bölgüsünün yenidən nəzərdən keçirilməsindən gedir. Planlara əsasən, daxili yanma mühərrikinin gücünün artırılması, elektrik hissənin isə azaldılması nəzərdən keçirilir.
Müzakirə edilən ssenarilərdən birinə görə, mühərrikin gücünün təxminən 50 kilovat artırılması, batareyanın isə 50–100 kilovat azaldılması nəticəsində balansın 60/40 nisbətinə dəyişməsi mümkündür. Bu dəyişikliklərin həyata keçirilməsi üçün mühərrik istehsalçılarının əksəriyyətinin razılığı tələb olunur və qərarın yaxın həftələrdə verilməsi gözlənilir.
Bildirilib ki, Mayami mərhələsi üçün planlaşdırılan mövcud dəyişikliklər yalnız bəzi məhdudiyyətləri əhatə edir və problemi tam həll etmir.