9 iyun 2026. Çərşənbə axşamı

BYD "Formula-1"ə girməyə hazırlaşır


  • Formula-1
  • 19:04 25.04.2026
  • Oxunma sayı: 115
BYD "Formula-1"ə girməyə hazırlaşır

Çinin avtomobil nəhəngi BYD “Formula 1”ə daxil olmaq imkanını nəzərdən keçirir.

90deqiqe.Az-ın məlumatına görə, şirkətin vitse-prezidenti Stella Li bildirib ki, bu istiqamətdə artıq danışıqlar aparılır.O, Stefano Domenikali ilə Şanxayda görüş keçirdiklərini qeyd edib:

“Biz daim əlaqədəyik və əməkdaşlıq edirik.“Formula 1” mənim üçün ehtiras və mədəniyyətdir. İnsanlar bu yarışda iştirak etməyi arzulayır. Biz də bu çempionatda iştirak imkanını müzakirə edirik. Bu, texnologiyalarımızı sınaqdan keçirmək üçün real fürsətdir”.

Məlumata görə, BYD ya yeni komanda kimi, ya da mövcud kollektivlərdən birini alaraq “Formula 1”ə daxil olmağı nəzərdən keçirir.

Şirkətin bu addımı reallaşarsa, Çin istehsalçısının avtosportun əsas səhnəsinə birbaşa çıxan nadir nümunələrdən biri olacağı bildirilir.







Formula-1

"Özümə inamım azalıb"
  • Formula-1
  • 15:16 06.06.2026
"Özümə inamım azalıb"