29 aprel 2026. Çərşənbə

Avstraliya Qran-prisi mövsümün açılış statusunu itirə bilər


  • Formula-1
  • 23:34 28.04.2026
  • Oxunma sayı: 26
Avstraliya Qran-prisi mövsümün açılış statusunu itirə bilər

Avstraliya Qran-prisi 2027-ci ildə Formula 1 mövsümünün açılış mərhələsi statusunu itirə bilər.

90deqiqe.Az-ın “PlanetF1"ə istinadən məlumatına görə, yeni mövsümün ilk yarışı Bəhreyn mərhələsi ilə başlaya bilər, Avstraliya yarışı isə təqvimin üçüncü mərhələsinə keçirilə bilər.

Bildirilir ki, bu dəyişiklik 2027-ci ildə Ramazan ayının 7 martda başa çatması ilə bağlıdır. Bu səbəbdən Bəhreyn Qran-prisinin 14 martda keçirilməsi və mövsümün açılış yarışı statusunu yenidən alması mümkün sayılır. Bəhreyn sonuncu dəfə 2024-cü ildə mövsümün ilk yarışına ev sahibliyi etmişdi.

Avstraliya Qran-prisi 1995–2019-cu illər arasında (2006 və 2010-cu illər istisna olmaqla) mövsümü açıb. Lakin 2020-ci ildə yarışın ləğvi və pandemiya səbəbindən bu statusunu itirib.

Bununla belə, müqavilə öhdəliklərinə əsasən Avstraliya yarışının mövsümün ilk üç mərhələsindən birində keçirilməsi nəzərdə tutulur. Buna görə də Melburn mərhələsinin 4 aprel tarixində baş tutacağı gözlənilir.







Formula-1

“Bu, ədalətli qərardır”
  • Formula-1
  • 23:37 28.04.2026
“Bu, ədalətli qərardır”